SON DƏQİQƏ

Xaricdə fəaliyyət göstərən və istintaqa çağırılan bloqerlər axtarışa verilib

Tarix:2-06-2025, 13:35

Bu ilin mart-aprel aylarında Baş Prokurorluğun İctimai Televiziya vasitəsilə elan verib istintaqa çağırdığı xaricdəki bloqerlər haqqında qiyabi həbs qərarı çıxarılıb. AzadlıqRadiosunun bilgisinə görə, mayın 31-də Binəqədi rayon Məhkəməsində prokurorluğun xaricdəki bloqerlərdən Tural SadıqlıOrduxan Bəbirov və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev haqqında təqdimatlarına baxılıb.
Almaniyada yaşayan T.Sadıqlı dələduzluq, kütləvi iğtişaşlara çağırış, saxta sənəd hazırlama kimi əməllərdə suçlanır.
"Orduxan Temirxan" kimi tanınan bloqer O.Bəbirov Niderland vətəndaşıdır. O da kütləvi iğtişaşlar və dövlət əleyhinə açıq çağırışlarda ittiham olunur.

"Məni ekstradisiya etmək mümkün deyil"

O.Bəbirov haqqında 2018-ci ildə də Bakının Nəsimi rayon Məhkəməsinin qərarıyla həbsli axtarış qərarı çıxarılmışdı.
"İttihamlar qeyri-ciddi səciyyə daşıyır. 20 ildir Hollandiya (Niderland) vətəndaşıyam. Niderland Azərbaycandan fərqli olaraq qanunların şah olduğu dövlətdir. Hətta Azərbaycan hakimiyyəti, rəsmi olaraq, İnterpola müraciət etsə və Niderlandın hüquq-mühafizə orqanları ilə əlaqə qursa, məni ekstradisiya etmək mümkün deyil", - o zaman bloqer özü haqqında qiyabi həbs qərarını AzadlıqRadiosuna belə şərh etmişdi.
Fransada yaşayan keçmiş rektor E.Abdullayevə gəlincə, ona qarşı rüşvət alma, vergidən yayınma, insan orqanının transplantasiya məqsədilə qanunsuz götürülməsi və s. ittihamlar irəli sürülüb.

"Uzun siyahı var"

"Azadlıq" qəzetinin baş redaktoru, Fransada yaşayan Qənimət Zahid sosial media hesabında məlumat yayıb ki, onun da haqqında qiyabi həbs qərarı verilib: "Qiyabi həbs qərarlarının uzun bir siyahısı var artıq. Bu dəfə siyahıya daha üç nəfər əlavə edilib - Emin Əhmədbəyov, Natiq Ədilov və mən...".
N.Ədilov da "Azadlıq" qəzetinin yazarıdır. O, bir neçə ildir Fransada siyasi sığınacaq alıb.
Keçmiş polis əməkdaşı olan E.Əhmədbəyov Azərbaycanda həbsdən buraxılandan sonra ölkəni tərk edib. O, Fransadan yayımlanan "Azərbaycan saatı" televiziya internet televiziyasının aparıcılarındandır.
Q.Zahidin yaydığı məlumata prokurorluqdan rəsmi şəkildə şərh almaq mümkün olmayıb.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN