SON DƏQİQƏ

Özbəkistan prezidenti maliyyə sisteminin 562 əməkdaşını işdən azad edib

Tarix:27-12-2017, 14:13

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkəsinin maliyyə sisteminin 562 əməkdaşını işdən azad edib.

“Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu məlumatı Özbəkistanın Maliyyə Nazirliyi yayıb.

“Dekabrın 22-dən bu günədək dövlət maliyyə müəssisələrindən, o cümlədən Maliyyə Nazirliyi, xəzinədarlıq və Pensiya Fondundan 562 əməkdaşı işdən azad edilib”, - deyə nazirlik bildirib.

Bir neçə gün əvvəl Şavkat Mirziyoyev maliyyə sistemini son 10-15 ildə səmərsiz fəaliyyətinə görə tənqid etmişdi.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN