SON DƏQİQƏ

İranlı deputat: “Viza rejiminin ləğvi əlaqələrin inkişafına müsbət təsir göstərə bilər”

Tarix:29-12-2017, 17:47

“2017-ci il İran və Azərbaycan arasında münasibətlərin yüksəliş ili idi”.

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İran parlamentinin Təbrizdən olan nümayəndəsi Əhməd Əlirza Beygi deyib. O bildirib ki, əlaqələrin inkişafı siyasi, iqtisadi və mədəni sahələrdə daha çox gözə çarpır: “Əlbəttə, mədəni-tarixi irs, dini əlaqələrin geniş potensialını nəzərə alsaq, İranla Azərbaycan arasındakı münasibətlərin həcmi indiki səviyyədən daha yüksək olmalıdır. Viza rejiminin ləğvi vətəndaşların gediş-gəlişini asanlaşdıra bilər. Bu gün biz görürük ki, Türkiyə və Gürcüstanın İranla viza rejimini ləğv etməsi iqtisadi əlaqələrə müsbət təsir göstərib”.

Ə. Əlirza Beygi Şimali-Cənub dəhlizi üzrə layihənin önəmindən danışaraq qeyd edib ki, bu dəhliz İranın Azərbaycan vasitəsilə Rusiyaya, Azərbaycan və Rusiyanın isə Fars Körfəzinin sularına çıxmasına imkan yaradacaq: “Bu, çox önəmlidir və mən düşünürəm ki, iki ölkə arasında tranzit potensialı artırılmalıdır”.

Təbrizli parlamentar 2018-ci ilin gəlişi və Təbrizin İslam Dünyasının Turizm Paytaxtı seçilməsindən də danışıb: “2018-ci ildə Təbriz, 2019-cu ildə isə Bakı bir sivilizasiyanın simvolu olacaq. Bu sivilizasiya İslam sivilizasiyasıdır. Hər iki şəhərin dünyaya İslam mədəniyyəti və sivilizasiyasını nümayiş etdirməsi hər iki ölkənin xeyrinədir”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN