SON DƏQİQƏ

Sərkisyan müdafiə nazirini istefaya göndərir

Tarix:10-01-2018, 15:45

Ermənistanın Müdafiə naziri Vigen Sərkisyan istefaya gedə bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti yayıb. Qəzet artıq bu barədə Respublika Partiyasının müəyyən dairələrində müzakirələrin aparıldığını bildirib:

“Serj Sərkisyan yaxın ətrafına Vigen Sərkisyandan narazı olduğunu və onun işinin öhdəsindən gələ bilmədiyini deyib. Onun aprelin 9-da xarici işlər naziri təyin ediləcəyi gözlənilir. Müdafiə naziri vəzifəsi isə onun müavini Artak Zakaryana tapşırıla bilər. Hazırkı XİN rəhbəri Edvard Nalbəndyan isə Respublika Partiyası tərəfindən prezidentliyə namizəd olacaq”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN