SON DƏQİQƏ

Gürcüstanda vətəndaşlığın verilməsi məsələlərinə prezident baxacaq

Tarix:10-01-2018, 15:56

Gürcüstanın Vətəndaşlıq məsələləri üzrə komissiyası Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin tabeçiliyindən çıxarılaraq prezident administrasiyasının tabeçiliyinə verilib.

 APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Gürcüstan prezidentinin təsdiq etdiyi dəyişikliklərə əsasən, vətəndaşlığın verilməsi məsələlərinə baxan komissiya 6 üzvdən ibarət olacaq və ona prezident administrasiyasının nümayəndələri rəhbərlik edəcək.

Nazir qeyd edib ki, dəyişikliklər bu ilin yanvarın 15-də qüvvəyə minəcək.

T. Tsulukiani əlavə edib ki, Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin müsbət rəylərinə rəğmən, prezident tərəfindən 2017-ci ildə 565 nəfərə Gürcüstan vətəndaşlığı verilməyib: “Əksəriyyət Gürcüstanın keçmiş vətəndaşları, Gürcüstanda anadan olmuş şəxslər və ya onların ailə üzvləri olub. Bu şəxslərə vətəndaşlığın verilməsi dövlətin maraqlarına cavab verir. Ümid edirəm ki, komissiyanın prezident administrasiyasının rəhbərliyinə verilməsi ilə dövlət başçısı ötən ilin təcrübəsini davam etdirməyəcək”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN