SON DƏQİQƏ

Yüzlərlə rusiyalı Meksikada “ilişdi”

Tarix:17-01-2018, 14:45

Meksikanın Kankuna aeroportu reysdə deportasiya edilməli dörd Ermənistan vətəndaşının olmamasına görə Rusiya avişirkətinə məxsus təyyarənin uçuşuna icazə verməyib.

Bu barədə "Rossiya" aviaşirkətindən bildirilib.

Aviaşirkətin nümayəndəsi Kankuna hava limanı qarşısında heç bir öhdəliyin olmadığını, amma Meksika tərəfinin deportasiya edilən şəxslərin göyərtədə olmamasına görə uçuşu gecikdirdiyini deyib.

Qeyd edilib ki, deportasiya edilənləri gözləmək üşün 4 saat vaxt lazım gəlib. Nəticədə yanvarın 16-da Bakı vaxtı ilə saat 23:00-da uçmalı olan laynerin reysi yanvarın 17-nə keçirilib. Belə ki, Rusiya aviasiya qanunvericiliyinin uçuşların təhlükəsizliyi ilə bağlı tələblərinə görə, ekipajın iş vaxtı bitib və onlar növbəti günü gözləməli olublar.(“Report”)

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN