SON DƏQİQƏ

Rusiya müdafiə naziri: “Bir çox Asiya ölkələri S-400 almaq istəyir”

Tarix:23-01-2018, 13:35

Bir sıra Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri Rusiyadan S-400 zenit-raket sistemlərinin alışına maraq göstərir. Bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

O, hazırda müvafiq danışıqların aparıldığını deyib: "Bu gün iki S-400 kompleksi Suriyada Hmeymim və Tartusun hava hücumundan etibarlı müdafiəsini təmin edərək gecə-gündüz növbə çəkir. Taktiki-texniki xüsusiyyətləri baxımından bu unikal komplekslərin dünyada tayı-bərabəri yoxdur. Bunu NATO üzvü olan Türkiyə ilə S-400-lərin tədarükü üzrə imzalanmış müqavilə də aydın şəkildə təsdiq edir".

Bununla belə, S.Şoyqu konkret olaraq hansı Asiya ölkələrinin S-400 zenit-raket sistemlərinə maraq göstərdiyini açıqlamayıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN