SON DƏQİQƏ

Yanvarın 31-də ilin ilk Ay tutulması baş verəcək

Tarix:24-01-2018, 10:26

Bu ilin ilk Ay tutulması yanvarın 31-də qeydə alınacaq.

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən məlumata görə, Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanacaq, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.

Bildirilib ki, Azərbaycanda saat 18:00-dan etibarən Ay doğduqda görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN