SON DƏQİQƏ

Yaponiya qırıcısı ABŞ-ın hərbi bazasına qəza enişi edib

Tarix:29-01-2018, 15:55

Yaponiya Silahlı Qüvvələrinə məxsus “F-15” qırıcısı ABŞ-ın Okinavadakı Hərbi Hava Qüvvələrinin bazasına qəza enişi edib.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə zamanı təyyarənin göyərtəsində iki nəfər olub və onlar heç bir xəsarət almayıblar.

Məlumata görə, “F-15” təlim uçuşu edirmiş. Havaya qalxdıqdan 20 dəqiqə sonra qırcının hidravlik sistemində nasazlıq yaranıb. Bundan sonra “F-15” Yaponiyanın Okinava yarımadasındakı ABŞ-ın hərbi bazasına enib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN