Rusiya Prezidenti Vladimir Putin Moskva və bütün Rusiyanın patriarxı Kirilli taclandırılmasının 9-cu ildönümü münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, ölkə başçısı Xilaskar Məsih Məbədinə gələrək Rus Pravoslav Kilsəsinin liderinə ağ qızılgül dəstəsi təqdim edib.
Vladimir Putin patriarxı təbrik edib və uğurlu fəaliyyətinə görə öz minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Patriarx Kirill 2009-cu il fevralın 1-dən Rus Pravoslav Kilsəsinə rəhbərlik edir.