Afrində YPG-PYD terror qruplaşmasının nəzarətində olan ərazidən Türkiyənin Reyhanlı mahalına 2 raket atılıb.
Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” informasiya verib.
Raketlərdən biri Gültəpə məhəlləsində yerləşən üçmərtəbəli binanın yaxınlığına düşüb. Əraziyə dərhal polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hücum nəticəsində Fatoş Avlamak adlı 17 yaşlı qızın dünyasını dəyişdiyi, daha bir nəfərin ayağından yaralandığı bildirib.
Qeyd edək ki, Afrin əməliyyatı başladıqdan sonra PYD-YPG terrorçuları Türkiyənin mülki vətəndaşlarına zərər vurmaq niyyəti ilə Reyhanlı bölgəsinə raket zərbələri endirir.