SON DƏQİQƏ

Qırğızıstan defolt ərəfəsində: borc kritik həddə yaxınlaşır

Tarix:2-02-2018, 17:14

Qırğızıstanın dövlət borcu 4,5 milyard dollara çatıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Maliyyə naziri Adilbek Qasıməliyev söyləyib. Onun sözlərinə görə, dövlət borcunun 4,08 milyard dollarlıq hissəsi xarici borcdur.

Qeyd edək ki, Qırğızıstanın ümumdaxili məhsulu hazırda 8 milyard dollara yaxındır. Hazırda ölkənin dövlət borcu ümumdaxili məhsulun 50%-indən bir qədər çoxdur (defolt üçün 60%-i keçməlidir – red.).

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN