Son günlər onsuz da kəskin dəyər itirməkdə olan kriptovalyutalara bir zərbə də dünya banklarından gəlib. ABŞ-ın öndə gedən bankları kredit kartı ilə kriptovalyutalara yatırım edilməsini qadağan edəcəyini açıqlayıb.
Xarici mətbuatda yer alan xəbərlərə görə, ABŞ-ın ən böyük banklarından biri olan “JP Morgan Chase & Co.”, “Bank of America Corp” və “Citigroup” kredit kartları ilə Bitkoin və digər kriptovalyutaların alınmasını məhdudlaşdıracaqlarını açıqlayıblar.
JP Morgan bankının nümayəndəsi Meri Ceyn, virtual valyutaların yaratdığı riskləri nəzərə alaraq kriptovalyuta ilə aparılan əməliyyatların qadağan ediləcəyini bildirib.
Dünyanın ən qabaqcıl ödəniş sistemlərindən olan “Mastercard” və “VISA” da kriptovalyuta ilə aparılan əməliyyatların bank xərcini yüksəldib.
“Bank of America”nın kredit kartları isə kriptovalyuta əməliyyatlarını rədd etməyə başlayıb. Banka sözçüsü Betti Rays bildirib ki, açıqlanan bu xəbərdarlığa görə yeni qadaganın bütün şəxsi və biznes kredit kartları üçün keçərlidir.
Citigroup nümayəndəsi Cenifer Bombardier isə açıqlamasında qeyd edib ki, təmsil etdiyi bank kriptovalyuta əməliyyatlarında kredit kartlarından istifadnı qadağan edəcək. “Valyuta bazarında vəziyyət dəyişdikcə, biz də kriptovalyutalarla bağlı siyasətimizi yeniləyəcəyik” – deyə Cenifer Bombardier bildirib.
Banklar üçün artıq kriptovalyuta əməliyyatlarını qəbul etmək yüksək riskli qiymətləndirilir. Virtual valyutanın kəskin ucuzlaşması halında əməliyyatları aparan şəxsin aldığı borcu ödəyə bilməməsi narahatlıq doğurur.
Bundan başqa, oğurlanmış kredit kartlarının arzuolunmaz şəxslərin əlinə düşməsi kriptovalyutaya çevrilməsi də virtual valyuta əməliyyatlarınında risk faktorunu artırır, bu valyutalar rəqəmsal platformada alınıb-satıldığı üçün bankların çirkli pulların yuyulmasına qarşı tədbirlər həyata keçirməsi çətinləşir.
Sonxeberler.info