SON DƏQİQƏ

ABŞ İrəvana yardımları azaldır

Tarix:14-02-2018, 15:21

ABŞ Prezidenti Donald Tramp 2019-cu ildə Ermənistana maliyyə yardımını azaltmağı təklif edib.

Axar.az xəbər verir ki, bu barədə informasiya ABŞ-ın büdcə layihəsində yer alıb. Yeni layihədə xarici yardımların kəskin azaldılması yer alıb.

Layihəyə əsasən, ABŞ Ermənistana 2019-cu ildə 3,24 milyon dollar yardım ayıracaq. Bu isə 2018-ci illə müqayisədə ayrılan vəsaitdən daha 600 min dollar azdır.

ABŞ Ermənistana hərbi yardımı tam dayandıracaq. Belə ki, keçən il İrəvana 1 milyon dollar ayrılsa da, bu il həmin məbləğ verilməyəcək.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN