SON DƏQİQƏ

Ermənistanda banka basqın olub

Tarix:19-02-2018, 17:35

Ermənistanın paytaxtı İrəvanda VTB-nin filialına soyğunçuluq məqsədilə hücum edilib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, 2 nəfər maskalı şəxs tapança ilə banka daxil olub. Qeyri-rəsmi məlumata əsasən onlar bankdan 7 milyon dram (təxminən 15 min dollar) götürüblər.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN