SON DƏQİQƏ

Türkiyədə kürdpərəst müxalif partiyanın 6 üzvü saxlanılıdı

Tarix:21-02-2018, 14:12

Türkiyədə kürdpərəst müxalif Xalqların Demokratik Partiyasının (HDP) 6 üzvü sosial şəbəkələrdə terrorizmin təbliğinə görə saxlanılıb.

Trend-in məlumatına görə, HDP üzvlərinin saxlanması üzrə əməliyyat Kocaeli vilayətində keçirilib.

Ümumilikdə "Zeytun budağı" əməliyyatı başlayandan indiyədək sosial şəbəkələrdə terrorizmi təbliğ edən 790-dan çox şəxs saxlanılıb. Onların arasında PKK terror təşkilatının 16 üzvü də var.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN