SON DƏQİQƏ

Mahmud Əhmədinejad İranın ali rəhbərinə məktub yazdı

Tarix:22-02-2018, 14:45

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ölkədə keçiriləcək seçkilər üçün azadlığın təmin olunmasını istəyib.

“Report” xəbər verir ki, o bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneiyə ünvanladığı məktubunda vurğulayıb.

İslam Respublikasının 6-cı prezidenti məktubunda həmçinin İranın ali rəhbərindən prezident, parlament və məhkəmə sisteminin yenilənməsini xahiş edib.

O, məhkəmə sistemində dəyişiklik olunması, ötən illərdə tutulan etirazçıların sərbəst buraxılması, bütün cinayət işlərinin azalmasının vacibliyini bildirib.

“Ədalət məsələsində geri qalmışıq” - deyən keçmiş prezident müraciətində siyasi islahatların aparılması üçün bazanın hazılanmasını da qeyd edib.

Xatırladaq ki, Mahmud Əhmədinejad 2005-2013-cü illərdə İranın prezidenti olub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN