SON DƏQİQƏ

Polşada bu qış 48 nəfər soyuqdan donaraq ölüb

Tarix:26-02-2018, 16:56

Noyabrın 1-dən bəri Polşada 48 nəfər donaraq həyatını itirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, təhlükəsizlik üzrə hökumət mərkəzi ötən sutka ərzində Polşada 2 nəfərin donvurmadan öldüyünü bildirib. Əvvəlki günlərdə isə 5 nəfər donaraq ölmüşdü.

Qeyd edək ki, ölkədə artıq bir neçə gündür güclü şaxtalarla əlaqədar birinci dərəcəli xəbərdarlıq rejimi qüvvəyə minib. Hökumət orqanları bununla bağlı insanları ehtiyatlı davranmağa, əsasən də yaşlılara və evsizlərə qarşı diqqətli olmağa çağırıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN