SON DƏQİQƏ

Gürcüstanın Qudauri bölgəsindəki dağ-xizək kurortunda bədbəxt hadisə baş verib

Tarix:16-03-2018, 16:43

Gürcüstanın Qudauri bölgəsindəki dağ-xizək kurortunda bədbəxt hadisə baş verib.

AZƏRTAC xəbər verir ki, Qudauridə kanat yolunun sıradan çıxması nəticəsində 15 nəfər xəsarət alıb.

İlkin məlumata görə, qəzaya səbəb elektrik enerjisinin kəsilməsi olub. Yüksəklikdə olan tros-məftillərdəki kreslolar sürüşərək bir-birilərinə dəyib. Yaranan zərbədən kreslolarda olan bir neçə turist hündürlükdən yıxılıb, bir neçəsi isə özünü aşağıya atıb.

Hazırda xilasedicilər kanat yolunda qalan insanları təxliyə edirlər.

Azərbaycanın Gürcüstandakı səfirliyi hadisə nəticəsində yaralananlar arasında azərbaycanlıların olub-olmadığını araşdırır.

Səfirlikdən bildiriblər ki, hələlik xəsarət alanlar arasında azərbaycanlıların olması barədə onlara heç bir məlumat daxil olmayıb. Buna baxmayaraq, səfirlik hadisə ilə əlaqədar araşdırmaları davam etdirir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN