SON DƏQİQƏ

ABŞ analitiki: “Maykl Pompeonun gəlişi Ermənistan üçün ciddi itkidir”

Tarix:16-03-2018, 13:10

Bu həftənin ən əsas xəbəri ABŞ prezidenti Donald Trampın dövlət katibi Reks Tillersonun işinə son verərək, onun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Pompeonu gətirməsi olub.

Lakin yeni təyinat deyəsən, ermənilərin ürəyincə deyil.

Bunu Ermənistanın “ru.1in.am” saytında çıxan yazdan görmək mümkündür.

Yazıda ABŞ analitiki, Amerikanın Xarici Siyasət Şurasının (American Foreign Policy Council) baş elmi əməkdaşı Stiven Blankın məsələ ilə bağlı rəyi alınıb.

Stiven Blank yeni təyinatın bundan sonra İran-Emrənistan münasibətlərinə göstərəcəyi təsiri də şərh eidb.

“Pompeonun təyin olunmasından sonra mən ABŞ-ın İrana qarşı daha sərt mövqe sərgiləyəcəyini gözləyirəm. Lakin bunu Ermənistana təsir göstərib-göstərməyəcini demək çətindir. Sadəcə əvvəllər olmadığı qədər, Qafqazla bağlı ciddi həmlələrin olub-olmayacağını gözləmək lazımdır”,- S.Blank bildirib.

Amerikalı analitik Ermənistanın hər halda bu prosesdən zərər gedəcəyini düşünür:

“Ermənistan həm İranla, həm də Rusiya ilə sıx bağlı olduğu üçün ciddi itkilərə məruz qala bilər. Çünki bu ölkənin Moskvanın peyki olduğunu bilməyən yoxdur”.

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN