SON DƏQİQƏ

Türkiyə-ABŞ danışıqları təxirə salındı

Tarix:15-03-2018, 15:21

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a martın 19-na nəzərdə tutulan səfəri təxirə salınıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfərin təxirə salınmasına səbəb ABŞ prezidenti Donald Trampın dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etməsi olub. Bu postu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo tutacaq.

M.Çavuşoğlu Birləşmiş Ştatlara səfəri çərçivəsində R.Tillersonla danışıqlar aparmalı idi. Tərəflərin ikitərəfli münasibətləri, Suriyadakı vəziyyəti, həmçinin "Zeytun budağı" əməliyyatını müzakirə edəcəyi gözlənilirdi.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN