SON DƏQİQƏ

"Narıncı qar" şərqi avropalıları çaşqın vəziyyətə salıb

Tarix:26-03-2018, 13:30

Rusiyanın şimali Qafqaz regionu və şərqi Avropanın bir çox ölkəsində yerin narıncı qara bürünməsi insanları çaşdırıb.

Narıncı qarın şəkilləri sosial şəbəkələrdə Rusiya, Bolqarıstan, Ukrayna, Rumıniya və Moldovadan paylaşılıb.

Meteoroloqlar bildirir ki, narıncı qar Böyük Səhradan gələn qum fırtınasının yağış və qarla qarışmasından yaranır.

Bu cür hadisələr təxminən hər beş ildən bir baş verir, lakin bu dəfə qarla qarışan qumun miqdarı əvvəl müşahidə olunan normalardan daha yüksək olub.

Hətta bəziləri qumun ağızlarına düşməsindən şikayətlənib.

Rusiyanın Soçi şəhərinə yaxınlıqdakı kurortlarda qalan xizəkçilər öz şəkillərini paylaşıblar.

Snowboarder in the Russian CaucasusPresentational white spaceSkiers in the Russian CaucasusOrange snow in the Caucasus mountains

BBC

http://www.bbc.com/azeri/region-43540048

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN