Britaniya mətbuatından "The Independent" yazır ki, Britaniyada ananas ilk dəfə olaraq populyarlıqda avokadonu geridə qoyub.
Britaniyalılar avokadonu həm müxtəlif salatlarda, həm də buterbrodlarda istifadə edirlər.
Məqalədə deyilir ki, ölkənin "ən instragramlaşdırılmış" meyvəsi populyarlığını itirməyə başlayıb və indi onun yerini ananas ələ keçirir.
Britaniyanın ən böyük supermarketlərindən Tesco bildirir ki, 2017-ci il ərzində ananasın satışı 15 faiz artıb və beləliklə bu meyvə ölkənin ən çox satılan təamına çevrilib.
Müqayisə üçün deyilməlidir ki, bu dövrdə avokadonun satışı cəmi 10 faiz artıb.
Supermarket bildirir ki, indi adamlar ananasdan ən müxtəlif yemək növlərində istifadə edirlər. Ondan kababdan tutmuş şirəyə qədər ən müxtəlif qəlyanaltılar hazırlanır.
Bu da xəbər verilir ki, ananas şirəsinin satışı 20 faiz, dilimlənmiş ananasın satışı isə 5 faiz artıb.
Ekspertlər isə deyirlər ki, ananasın populyarlığını artıran əsas faktor onda C vitamininin bol olmasıdır (BBC).