SON DƏQİQƏ

Peru polisi yarım ton narkotik vasitəni dövriyyədən çıxarıb

Tarix:27-03-2018, 09:38

Peru polisi xüsusi əməliyyat nəticəsində yarım ton kokaini dövriyyədən çıxarıb.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində 5 nəfər saxlanılıb.

Kokain paytaxt Limanın cənubunda yerləşən anbarlardan birində sisternin içərisində aşkar olunub.

 

Narkotik vasitənin ABŞ-a göndəriləcəyi planlaşdırılırmış.

Qeyd edək ki, bu ilin əvvəlindən Peruda 8,6 ton narkotik vasitə dövriyyədən çıxarılıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN