ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən təsdiq olunan dövlət büdcəsini imzalayıb.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, büdcəyə əsasən, ABŞ Gürcüstan və Ukraynadan fərqli olaraq Ermənistana maliyyə yardımı etməyəcək.
Qeyd edək ki, 2017-ci ildə ABŞ tərəfindən Ermənistana edilən maddi yardım 2016-ci ilə nisbətən 3 dəfə azalmışdl. 2016-ci ildə rəsmi Yerevan 20,4 milyon dollar yardım almışdısa, 2018-ci ildə bu rəqəmin 60 milyon dollardan çox olacağı gözlənilirdi. Konqresin 37 üzvü bununla bağlı hətta rəsmi müraciət də etmişdi. Onlar 30 milyon iqtisadi və 30 milyon hərbi, həmçinin Yaxın Şərqdən erməni qaçqınları üçün 20 milyon dolların ayrılmasını xahiş edirdilər. Lakin təsdiq olunan dövlət büdcəsinə əsasən, ABŞ Ermənistana ümumiyyətlə maliyyə yardımı ayırmayacaq.
Bununla belə, Amerikanın Yerevandakı səfirliyindən bildirilib ki, Ermənistana ayrılan vəsaitlərin həcmi idarələrarası proses çərçivəsində müəyyənləşdiriləcək.