Rusiya Dinlərarası Şurası federal qurumlara ölkədə fəaliyyət göstərən bütün vəhabi təşkilatlarını ekstremist elan etmək xahişi ilə müraciət edib.
Trend-in məlumatına görə, bu barədə bu gün Rusiya Dinlərarası Şurasının iclasının yekunları üzrə qəbul edilmiş sənəddə qeyd olunub.
Bundan başqa Şura ideologiyanın özünün terrorçu ideologiyası kimi qəbul edilməsini də tələb edib.