SON DƏQİQƏ

"Qərb pul verəcək ki, acından ölməyək, amma..."

Tarix:28-03-2018, 13:26

Saakaşvili Ukraynaya geri dönəcək.

Axar.az xəbər verir ki, bunu “Apostrof” saytına müsahibəsində Ukrayna Baş prokurorunun keçmiş müavini David Sakvarelidze deyib.

“Yanukoviçin vaxtında Saakaşvili və məni Ukraynaya buraxmırdılar. Qara siyahı yaratmışdılar. Zaman dəyişdi və Saakaşvili Ukraynaya gəldi. Hər şey müvəqqətidir. Hər şeyi Poroşenko yox, xalq həll edəcək.

Poroşenko düşünür ki, siyasi tələb baxımından hər kəs onun günahlarına göz yumacaq. Lakin mən Qərb diplomatlarından birindən eşitmişəm ki, onlar uzun müddət səbir etməyə hazırlaşmırlar. Qərb bizə kömək edəcək, pul da verəcək ki, acından ölməyək, fiziki baxımdan parçalanmayaq. Lakin bu müvəqqəti olacaq. Hər kəs artıq Rusiya ilə münasibətlərin normallaşdırılmasını istəyir. Ukrayna hakimiyyəti inkişaf nümayiş etdirib, real Qərb dövləti olmağa cəhd etmir. Belə olan halda qərbdəkilər Rusiyaya qarşı sanksiyaları əbədiyyən saxlamaq istəmirlər. Zamanı gələcək və bizə deyəcəklər ki, özünüz özünüzə kömək etmək istəmirsinizsə, biz sizə niyə yardım edək?” – deyə o bildirib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN