SON DƏQİQƏ

Türkiyə ordusu Afrin dağlarında terrorçulara ağır zərbə endirdi

Tarix:2-04-2018, 14:12

Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Afrin rayonu terrorçulardan azad edildikdən sonra dağlıq bölgələrdə gizlənən PYD və YPG silahlılarına qarşı əməliyyat keçirib.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, terrorçuların zərərsizləşdirilməsi ilə bağlı əməliyyatlar Rajo yaşayış məntəqəsi yaxınlığında həyata keçirilib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsini martın 18-də terrorçulardan azad edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN