Çinin, Monqolustanın və Şimali Koreyanın paytaxtları təhlükəsizlik baxımından ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında keçiriləcək görüşün mümkün yerləri kimi artıq nəzərdən keçirilmir.
Trend-in "NBC" telekanalına istinadən verdiyi məlumata görə, ABŞ tərəfi görüşün neytral yerdə keçməsini istəyir və Avropa ölkələrinə üstünlük verir. Görüşün baş tutacağı ölkələrin siyahısında İsveçrə ilk pillədədir.