SON DƏQİQƏ

Ermənistanın şəhərləri də qarışdı: şagirdlər meydanda

Tarix:18-04-2018, 15:33

Ermənistanın Şirak vilayətində etirazlar başlayıb.

Axar.az xəbər verir ki, etirazçılar Şirak vilayət administrasiyasının qarşısına toplaşıb. Aksiyada iştirak edənlərin böyük qismini məktəblilər təşkil edib. Mətbuat aksiya zamanı 1 yeniyetməninin polis tərəfindən həbs edildiyini bildirib.

Şirak vilayətinin mərkəzi sayılan Gümrüdə valideynlərə övladlarını aksiyalara buraxmamaları barədə xəbərdarlıq edilib. Bəzi məktəblərin qapıları qapadılıb və şagirdlərin məktəblərdən çıxışına qadağa qoyulub.

Artıq aksiyalara İrəvandakı bəzi məktəblər də qoşulub. Polis məktəblilərin bir qisminə qarşı zor tətbiq edib.

Ermənistanın Vanadzor şəhərində də aksiyalar start götürüb. Aksiyalar Ayka meydanında başlayıb. Buradakı aksiyaları deputat Zarui Postancyan başladıb.

Postancyan məktəblilərin aksiyalara qoşulmasında heç bir problemin olmadığını bildirib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN