SON DƏQİQƏ

Əfqanıstanda daha bir terror aktı törədilib, 11 tələbə həlak olub

Tarix:30-04-2018, 16:55

Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində növbəti terror aktı törədilib.

Partlayış nəticəsində yerli mədrəsənin 11 tələbəsi həlak olub.

Qeyd olunur ki, hücumun hədəfi rumıniyalı hərbçilərdən ibarət NATO karvanı olub. 6 hərbçinin yaralandığı barədə məlumat verilib.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxt Kabildə törədilmiş ard-arda iki partlayış nəticəsində 30-a yaxın şəxs həlak olub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN