SON DƏQİQƏ

Türkiyənin 4 müxalif partiyası Ərdoğana qarşı koalisiya yaradır

Tarix:2-05-2018, 14:35

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP), "İYİ Parti", Səadət Partiyası və Demokratik Partiya növbədənkənar parlament seçkilərində koalisiya yaradırlar.

Trend-in məlumatına görə, müxalif partiyaların Türkiyə prezidenti postuna vahid namizəd irəli sürəcəkləri də istisna edilmir.

Vahid namizədin adının yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN