SON DƏQİQƏ

Ermənistanda qızıl mədəni və tikiş fabrikinin işçiləri tətil edərək aksiyalara qoşulub

Tarix:2-05-2018, 12:17

Ermənistanda Amusara qızıl mədənində tikinti işləri aparan fəhlələr tətil elan edərək aksiya iştirakçılarına qoşulublar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı “Erməni Ekoloji Cəbhəsi” yayıb.

Onların Yerevana doğru getdikləri bildirilir.

Eyni zamanda Lori vilayətinin Vanadzor şəhərində də “Qloriya” tikiş fabrikinin 3 min işçisi etiraz aksiyasına qoşulub. Onlar Lori vilayətindən deputat seçilmiş Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının başçısı Vaqram Baqdasaryanın istefasını tələb ediblər: “Vaqram çıx get!”.

Qeyd edək ki, Yerevanda və başqa şəhərlərdə etiraz aksiyası davam edir. İrana gedən Yerevan-Yexiqnadzor avtomobil yolu bağlanıb. Avtomobillər Gürcüstandan Ermənistan ərazisinə daxil ola bilmir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN