Əfqanıstanda Taliban terrorçuları Fərah vilayətinin mərkəzini mühasirəyə alıb və bir hissəsini ələ keçirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdə vali, polis şöbəsi və hava limanı ətrafında silah səsləri eşidilir. Hücumlara gecə saatlarında start verilib. Qarşıdurmada 7 təhlükəsizlik əməkdaşı yaralanıb. Digər mənbədə yaralılar arasında mülki vətəndaşların olduğu da bildirilir. Təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib, 16 Taliban üzvü isə yaralanıb.
Silahlı qarşıdurma hələ də davam edir.