SON DƏQİQƏ

Emmanuel Makron: "İranla sazişə əlavələr edilməlidir"

Tarix:17-05-2018, 14:19

"İranın nüvə proqramı ilə bağlı sazişə əlavələr edilməlidir. Bura raket problemlərinin və İranın regiondakı rolu məsələlərinin həlli daxildir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Sofiyada Avropa İttifaqı (Aİ) - Qərbi Balkan sammitinə gəlişi zamanı deyib.

Onun sözlərinə görə, Aİ sammitinin iştirakçıları İran ilə nüvə sazişini dəstəkləməyə qərar veriblər.

"İranla bağlı çox sıx müzakirələr apardıq. 2015-ci ilin nüvə sazişi regionda sülh və təhlükəsizliyin mühüm elementidir və ABŞ-ın qərarından asılı olmayaraq, onu dəstəkləməyi qərarı aldıq. Şirkətlərimizə İranda qalmağa imkan verəcək siyasi tədbirlər görəcəyimizə dair söz verdik", - E.Makron bildirib.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN