SON DƏQİQƏ

Sergey Skripal xəstəxanadan buraxılıb

Tarix:18-05-2018, 15:47

Rusiya Hərbi kəşfiyyat idarəsinin sabiq polkovniki, Böyük Britaniyanın Solsberi şəhərində beyni iflic edən “Noviçok” kimyəvi maddəsindən zəhərləndiyi bildirilən Sergey Skripal xəstəxanadan evə buraxılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Britaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Baxmayaraq ki, pasiyentlərimizi artıq evə buraxmışıq, onlar gizlilik hüququna malikdirlər. Bu isə həmin şəxslərin keçdiyi müalicə barədə ətraflı hesabat verməkdə bizim səlahiyyətimizi məhdudlaşdırır” – deyə məlumatda bildirilib.

Bundan əvvəl isə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirmişdi ki, Moskva Londondakı səfirliyi vasitəsilə keçmiş kəşfiyyatçı Sergey Skripal və qızı Yuliya Skripalla şəxsən təmas qurmaq üçün imkan yaradılması ilə bağlı tələbini davam etdirəcək.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN