Almaniyanın Hamburq limanında gömrük işçiləri ölkə tarixinə düşən külli miqdarda narkotik maddə ələ keçiriblər. Criminal.az xəbər verir ki, ələ keçirilən 4,5 ton kokainin 1 milyard dollar dəyərində olduğu bildirilir.
Qeyd olunur ki, narkotik maddələri Uruqvaydan Belçikaya aparmaq istəyiblər. Cinayətkarlar narkotikləri 200 çantaya yerləşdirib. Ələ keçirilən narkotiklər artıq məhv edilib.