İsveçin cənubundakı Malmö şəhərində bir qrup maskalı şəxs izdihamlı yerdə insanlara atəş açıb. Nəticədə aralarında uşaqlı qadın olmaqla, 3 nəfər yaralanıb. Sonxeberler.info-nun verdiyi məlumata görə, bu barədə "The Local" xəbər verir.
Məlumata görə, hadisə restoranın yanındakı çimərliklərdə baş verib.
Ehtimallara görə, müxtəlif silahlardan təxminən 10 atəş açılıb. Sonra cinayətkarların yaxınlıqdakı yaşayış binalarının bağçalarından qaçıb.
Yaralılar xəstəxanaya göndərilib. Hadisə ilə bağlı istintaqa başlanıb.