SON DƏQİQƏ

Taliban: Amerika getməsə müharibə dayanmayacaq

Tarix:27-08-2019, 17:13

Taliban hərəkatı Əfqanıstan müharibəsi ilə bağlı açıqlama yayıb.

Sonxeberler.info Faktxeber.com-a istinadən xəbər verir ki, Taliban yaydığı bəyanatda Əfqanıstan müharibəsinin Taliban qrupunun dağıdılması ilə başladığını, amma bu müharibənin, ancaq ABŞ-ın bu ölkədən çıxması ilə başa çatacağını bildirib.

Taliban bəyannaməsində bu ölkənin 18 ildir ki, Amerikanın işğalında olduğunu və bu müddət ərzində minlərlə vətəndaşın ABŞ tərəfindən öldürüldüyünü, ölkənin yerlə bir edildiyini açıqlayıb.

Bu arada NATO qüvvələrinə məxsus təyyarələrin Əfqanıstanın Loqar vilayətində "səhvən" vətəndaşları vurduğu və hücum nəticəsində 1 mülki vətəndaşın öldüyü, 4 nəfərin də yaralandığı bildirilib.

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai yazılı bəyanatla NATO-nun mülki vətəndaşlara qarşı hücumlarını dayandırmasını tələb edib.


Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN