SON DƏQİQƏ

Yəmən ordusu Səudiyyədə koalisiya qüvvələrinin aeroportunu vurdu

Tarix:29-08-2019, 12:02

Sonxeberler.info Faktxeber.com-a istinadən xəbər verir ki, Yəmən ordusu və husilər Səudiyyə Ərəbistanının cənubunda Beynəlxalq Abna Hava limanına raket hücumu həyata keçirib. Bu barədə husilərin hərbi sözcüsü Yəhya Səri məlumat verib.

Onun sözlərinə görə, hücum «Qüds-1» raketi ilə həyata keçirilib, hədəf isə Səudiyyə başda olmaqla koalisiya qüvvələrinin ortaq əməliyyat mərkəzi ilə döyüş təyyarələrinin olduğu aeroport olub.

Hücumla əlaqəda hava limanındakı uçuşlar təxirə salınıb.

Səudiyyə Ərəbistanı hücumu təsdiqləyib.

Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN