SON DƏQİQƏ

160 millət vəkili ABŞ qüvvələrinin İraqı tərk etməsini tələb etdi

Tarix:28-08-2019, 14:07

İraq Parlamentinin 160 millət vəkili ABŞ qüvvələrinin ölkədən çıxarılmasına razılıq verib.

FaktXəbər bu barədə İraqın "Al-Sumaria" telekanalına istinadən bildirir.

Məlumata görə, "Fəth" koalisiyasının parlamentdəki nümayəndəsi Əhməd Kənani deyib ki, İraq Parlamentinin 160 millət vəkili ABŞ qüvvələrinin ölkədən çıxarılması barədə razılığa gəlib. Artıq qanunun qəbul edilməsi üçün şərtlər mövcuddur.

O həmçinin qeyd edib ki, Amerika Birləşmiş Ştatları İraq Parlamentinin spikeri Məhəmməd Halbusiyə qoşunların çıxarılması ilə bağlı qanun qəbul etməsinə icazə vermir.

"Parlamentin 165 nümayəndəsi ABŞ qüvvələrinin İraqdan çıxarılması barədə sənədi imzalayıb. Onlar arsında sünni millət vəkilləri də var" - deyə Əhməd Kənani vurğulayıb.

Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN