İngiltərənin Baş naziri Boris Conson Parlamentin işinin oktyabrın 14-dək dayandırılacağını açıqlayıb. Sonxeberler.info FaktXeber.com-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti Baş ofisə istinadla xəbər verib.
"Baş nazir Kraliça ilə söhbət edərək, ondan hazırkı parlament iclasını sentyabrdakı iclasların ikinci həftəsində başa çatdırmağı xahiş edib. Partiya konfranslarının ənənəvi mövsümünün sonunda, hazırkı parlamentin ikinci iclası Kraliçanın çıxışı ilə 14 oktyabr bazar ertəsi başlayacaq" deyə məlumatda bildirilib.
Sentyabrın 3-də tətil edəcəklərini nəzərə alsaq, Parlament üzvlərinin Britaniyanın AB-ni razılaşmadan tərk etməsinin qarşısını almaq üçün işlərin dayandırılmasından əvvəl və sonra bir neçə gün vaxtları olacaq.
Bəyanatda qeyd olunur ki, parlamentin fəaliyyətini dayandırmaq qərarı deputatlara Aİ ilə yeni razılaşmanı öyrənmək və təsdiqləmək imkanı verəcək.
Sonxebrler.info