SON DƏQİQƏ

İsveçli nazir ailəsinə görə istefa verdi

Tarix:6-09-2019, 20:25

İsveçin Xarici İşlər naziri Marqot Valstryom istefa verib.

Sonxeberler.info xarici KİV-ə istinadən məlumatına görə, nazir bu addımı ailəsinə daha çox vaxt ayırmaq üçün atıb. Valstryom istefa qərarını sosial şəbəkədə elan edib. O, 5 illik fəaliyyəti dövründə ailəsinə və nəvələrinə daha çox vaxt ayıra bilmədiyini deyib və bu qərarı qəbul etdiyini açıqlayıb.

Qeyd edək ki, Valstryom ölkəsinin 2014-cü ildə Fələstini müstəqil dövlət kimi tanımasından hər zaman qürur duyduğunu tez-tez dilə gətirənlərdən olub.


Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN