Avropa Beynəlxalq Münasibətlər şurası AB ölkələrinin əhalisi arasında ABŞ və Rusiya arasında müharibə başlayacağı təqdirdə hansı tərəfi tutacağı barədə sorğu keçirib.
Sonxeberler.info xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı İsveçin “Svenska Daglabet” saytı məlumat yayıb.
Sorğuda iştirak edənlərin 85%-nin rəyi avropalıların konkret hansısa tərəfi seçmədiyini göstərib. Belə ki Qoca qitənin sakinləri belə bir münaqişədə neytral olmağa üstünlük verdiklərini söyləyiblər.
Qəzetin qeyd etdiyi kimi yalnız 14 ölkədə əhalinin 3%-dən 19%-nə qədəri ABŞ-a güvəndiklərini açıqlayıb. Qalan əksəriyyət Avropa Birliyini özlərinə dayaq gördüklərini ifadə ediblər.
Əhalinin müəyyən hissəsinin hətta Rusiyanın tərəfini tutmağa hazır olmasınını ifadə etməsi qəzet məqaləsində xüsusi narahatlıqla göstərilib.
Qeyd olunur ki, cəmi 5 gün öncə Rusiya xarici işlər nazirliyi nüvə müaribəsi riskinin artdığını xəbər etmişdi. Xarici işlər nazirin müavini Sergey Ryabkov bununla əlaqədar təhdidin yüksəlməsi qorxusunun yüksək olduğunu deyib. O, 2019-cu ildə nüvə savaşının törədilə bilməsi ehtimalının qat-qat yüksəldiyini sözlərinə əlavə edib.