İndoneziyanın Papua əyalətində etirazlar zamanı azı 20 nəfər həlak olub.
Sonxeberler.info Trend-ə istinadən bildirir ki, aksiyalar nəticəsində 70-dən çox şəxs də yaralanıb.
Qurbanların sayının artacağı gözlənilir. Digər təfərrüatlar barədə məlumat verilmir.
Qeyd edək ki, İndoneziyanın Papua və Qərbi Papua əyalətlərində etnik zəmində aksiyalar bir neçə həftədir ki, davam edir.