Türkiyə polisi İzmir vilayətinin Gözəlbağça rayonunda saxladığı mikroavtobusdan bir ton narkotik maddə ələ keçirib.
AZƏRTAC xəbər verir ki, polisin “Saxla” əmrinə tabe olmayaraq qaçmağa çalışan mikroavtobus məhəllələrarası yolda süni tıxac yaradılaraq saxlanılıb. Ələ keçirilən narkotik maddənin tərkibi, hansı cinayətkar qrupa mənsub olması və ölkəyə haradan daxil olması barədə məlumat verilməyib.