SON DƏQİQƏ

“Türkiyə Suriyaya girərsə, ABŞ ordusu geri çəkilə bilər” -"Wall Street Journal"

Tarix:4-10-2019, 17:25

ABŞ-ın “Wall Street Journal” qəzeti “Türkiyə Suriyaya girərsə, ABŞ geri çəkilə bilər” yazıb.

Avropa.info xəbər verir ki, qəzetin amerikalı vəzifəli şəxslərə istinadən verdiyi xəbərdə ABŞ-ın Türkiyənin yaxın vaxtlarda şimali-şərqi Suriyada hərbi əməliyyata başlayacağından və amerikalı hərbçilərin regiondan çıxmasına rəvac verəcəyindən narahat olduğu qeyd olunub.

Qəzet bununla yanaşı, Ankaranın Suriya əməliyyatları ilə bağlı Vaşinqtona əvvəlcədən xəbər verməmək ehtimalı olduğunu və bunun ABŞ-ı narahat edən digər detal olduğunu bildirib.

“Wall Street Journal”a müsahibə verən mənbə Türkiyənin Suriyanın şimal-şərqinə qoşun göndərmək hazırlığı ilə bağlı işarələr gördüklərini və bunun da regionda olan amerikalı hərbçilərin həyatını təhlükəyə atacaq addım olduğunu bildirib. ABŞ-ın Türkiyə ilə üz-üzə qala biləcəyini dəyərləndirən amerikalı rəsmi “Çıxmaq xaricində başqa seçimimiz qalmaya bilər” şərhi verib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN