SON DƏQİQƏ

Lavrov və Çavuşoğlu Suriyadakı vəziyyəti müzakirə ediblər

Tarix:8-10-2019, 20:27

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı XİN başçıları Suriya münaqişəsinin nizamlanma prosesini ətraflı şəkildə müzakirə ediblər.

Nazirlər Suriyanın şimal-şərqindəki vəziyyətə xüsusi diqqət ayırıblar. Bundan başqa, Balkan yarımadasındakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.

XİN başçıları bütün istiqamətlərdə Rusiya-Türkiyə əməkdaşlığını möhkəmləndirmək və inkişaf etdirmək üçün intensiv dialoqu davam etdirmək barədə razılığa gəliblər.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN