Türkiyənin Hakkari şəhərinin və Yüksekova, Nusaybin Erciş rayonlarının Xalqların Demokratik Partiyasından (HDP) olan bələdiyyə sədrləri nəzarət altına alınıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əməliyyat nəticəsində saxlanılan bələdiyyə sədrləri polisin terrorla mübarizə şöbəsinə aparılıb.
Şübhəlilərin evlərində və iş yerlərində aparılan axtarışlar zamanı terror təşkilatlarına aid çox sayda videomateriallar ələ keçirilib.
Ekspertlər HDP-li bələdiyyə sədrlərinin Suriyada aparılan əməliyyatla eyni zamanda həbsini “diqqətçəkici” adlandırıblar.