SON DƏQİQƏ

Həsən Ruhani və Cavad Zərif Azərbaycana səfər edəcəklər

Tarix:21-10-2019, 14:55

İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər.

APA-nın İranın Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.

O qeyd edib ki, İran Prezidenti və Xarici İşlər naziri Azərbaycanda rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcəklər.

Xatırladaq ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN